Putin Alyaska sammitindən əvvəl gözlənilməz addım atıb

Putin Alyaska sammitindən əvvəl gözlənilməz addım atıb backend

ABŞ lideri Donald Trampla Alyaskada danışıqlar başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin gözlənilməz addım atıb.

Qaziler.az xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşri məlumat yayıb.

Ekspertlər bunu strateji hesab ediblər.

Bildirilir ki, Rusiya prezidenti sammitin tarixini təsdiqlədikdən dərhal sonra bir sıra telefon danışıqları aparıb. Xüsusən də Çin prezidenti Si Tsinpinlə danışıb.

Analitiklərin fikrincə, Pekinə zəng boş bir rəsmiyyət deyil. Putin Vaşinqtonla danışıqların gedişindən və nəticəsindən asılı olmayaraq, Çinlə güclü strateji tərəfdaşlığın dəyişməyəcəyini nümayiş etdirmək üçün bu addımı atıb.

QAZİLER.AZ