Bu gün Sofiyada keçirilən AŞPA Sədarət komitəsi və Büro iclaslarında Azərbaycanda 1 noyabr parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul edilib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun lent.az-a verdiyi məlumata əsasən, qərar sabah AŞPA-nın Daimi Komitəsinin iclasinda təsdiq edilməlidir.