Gürcüstan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib 15:04 12.08.2025 Siyasət Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə rəsmi səfərə gedib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, Kavelaşvili səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflər mətbuata birgə bəyanatla çıxış edəcəklər.