Alyaskada danışıqlar zamanı Amerika tərəfi hərbi əməliyyatların tam dayandırılmasına nail olmaq istəyir.
Qaziler.az bildirir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov “Qazeta.Ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, Vaşinqton bunun hansı şərtlər altında həyata keçiriləcəyinə xüsusi əhəmiyyət vermir.
"Birləşmiş Ştatlar hərbi əməliyyatları dayandırmaq üçün Rusiya, Avropa və Ukrayna tərəfinə təzyiq göstərəcək. Bu, ABŞ-nin əsas tələbidir. Bundan sonra Vaşinqton ABŞ-nin özü üçün çox əlverişsiz olan anti-Rusiya sanksiyalarını ləğv etməyə başlamaq istəyir. Sanksiyaların ləğvi amerikalılara biznes layihələrini həyata keçirə bilmədikləri üçün deyil, Rusiya iqtisadiyyatını Çin iqtisadiyyatı sferasına itələdiyi üçün lazımdır. Məhz Çin iqtisadiyyatı ABŞ-nin dünyada hökmranlığına əsas strateji çağırışdır”, - politoloq izahında qeyd edib.
QAZİLER.AZ