Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir. Onun sözlərinə görə, danışıq zamanı Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Putinlə görüşündə səsləndirilən fikirlər müzakirə edilib.
"Tərəfdaşlarımızla ortaq mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, vicdanlı son olmalıdır", - Zelenski deyib.
Bundan bir qədər əvvəl Tramp Kremldə Putinlə Uitkoff arasında keçirilən görüşdə “böyük irəliləyiş” əldə edildiyini bildirmişdi.
QAZİLER.AZ