Ağ Ev hesab edir ki, avqustun 6-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş yaxşı keçib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
Onlar həmçinin Rusiya tərəfinin ABŞ ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu görüblər. Putin və Uitkoffun Kremldəki danışıqları təxminən üç saat davam edib.
“Çərşənbə günü Moskvada xüsusi nümayəndə Uitcoff və prezident Putin arasında danışıqlar yaxşı keçib”, - ABŞ administrasiyasının rəsmisi bildirib.
ABŞ prezidenti Donald Tramp Putinlə Uitkoffun görüşündən dərhal sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib. Politoloq Sergey Markovun fikrincə, tərəflər telefon danışığı zamanı sülh sazişi və münaqişənin davamını müzakirə edə bilərlər.
QAZİLER.AZ