Slovakiyanın Bakıya yeni təyin olunmuş səfiri Elçin Qasımov etimadnaməsinin surətini Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.
Bu barədə “Report” Slovakiyanın Bakıdakı diplomatik missiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Diplomat etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevə təqdim edib.
Qeyd edək ki, Elçin Qasımov əslən Kəlbəcər rayonundandır. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.