Prezident Fransa hökumətinin üzvünü qəbul edib

Prezident Fransa hökumətinin üzvünü qəbul edib backend

Prezident İlham Əliyev noyabrın 26-da Fransanın Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan və Fransa arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirib ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.

Prezident İlham Əliyev isə bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. .
Diaspora