ABŞ prezidenti Donald Trampın ölkələri Rusiya ilə ticarət əlaqələrini kəsməyə məcbur etmək cəhdləri qanunsuzdur, çünki suveren dövlətlərin kiminlə əməkdaşlıq edəcəyini seçmək hüququ var.
Qaziler.az-ın məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz faktiki olaraq təhdid olan bir çox bəyanatlar eşidirik. İnanırıq ki, suveren ölkələrin ticarət-iqtisadi əməkdaşlıq üçün öz tərəfdaşlarını seçmək hüququ var", - Kremlin sözçüsü Trampın Rusiya ilə əməkdaşlığa görə Hindistana əhəmiyyətli tariflər tətbiq etmək təhdidlərini şərh edərkən qeyd edib.
QAZİLER.AZ