İlham Əliyev: “Bu, vəhşilikdir, islam mədəniyyətinə qarşı terrordur“

İlham Əliyev: “Bu, vəhşilikdir, islam mədəniyyətinə qarşı terrordur“ backend

“ISESCO Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. ISESCO dünya miqyasında önəmli təşkilata çevrilib”. APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, ISESCO son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrində böyük uğurlara nail olub: “Azərbaycan ISESCO-nun fəal üzvlərindən birinə çevrilib. İndiyə qədər təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib”.


İ. Əliyev deyib ki, ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib: "Münaqişə uzun illərdir, davam edir, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı baş verib. Ermənistan beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, münaqişənin yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunması vacibdir”.

Prezident İlham Əliyev bildirib ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiya bu ərazilərdə hər şeyin, o cümlədən 10 məscidin dağıdıldığını müəyyən edib: “Bu, vəhşilikdir, bu, islam mədəniyyətinə qarşı terrordur”.
Diaspora