Azərbaycan İSESCO Baş Konfransına sədr seçilib

Azərbaycan İSESCO Baş Konfransına sədr seçilib backend

Azərbaycan üç il müddətinə İSESCO-nun Baş Konfransına sədr seçilib. APA-nın məlumatına görə, bu barədə qərar İSESCO-nun Bakıda keçirilən Baş Konfransının 12-ci sessiyasında qəbul edilib.

Azərbaycanın adından müvafiq sədrlik mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tərəfindən həyata keçiriləcək.

Konfransda Səudiyyə Ərəbistanı təmsilçisi sədrliyi Ə. Qarayevə təhvil verib.