Xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr tarixində Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
Lent.az-ın XİN-in saytına istinadən məlumatına görə, səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.Elmar Məmmədyarov Gürcüstana gedib

