Peskov KXDR, Çin və İranın Rusiya üçün kim olduğunu açıqlayıb

Peskov KXDR, Çin və İranın Rusiya üçün kim olduğunu  açıqlayıb backend

Çin, Şimali Koreya və İran Rusiyanın müttəfiqləridir və onunla dünya nizamının əsasları haqqında baxışları paylaşırlar.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Jurnalistlər ondan xarici işlər naziri Sergey Lavrovun Rusiyanın tarixdə ilk dəfə kollektiv Qərblə təkbaşına qarşı-qarşıya gəlməsi ilə bağlı sözlərinə münasibət bildirməsini xahiş ediblər. Media nümayəndələri Pekin, Pxenyanın və Tehranın bu münaqişədə hansı rolu olduğunu soruşublar.

“Onlar bizim müttəfiqlərimiz, tərəfdaşlarımız, dünya nizamının əsaslarına dair baxışları paylaşdığımız ölkələrdir”, - Peskov qeyd edib.

QAZİLER.AZ