Trampın atəşkəs müddətini azaltmasına Kremlin CAVABI

Trampın atəşkəs müddətini azaltmasına Kremlin CAVABI backend

Moskva Amerika lideri Donald Trampın Ukraynada atəşkəs müddətinin 50 deyil, 10-12 günə qısaldılması ilə bağlı bəyanatını nəzərə alıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

“Biz Ukrayna ətrafındakı münaqişənin həlli və bu nizamlanma zamanı maraqlarımızı təmin etmək üçün sülh prosesinə sadiq qalırıq”, - Kreml sözçüsü bildirib.

QAZİLER.AZ