Peskov Makronun Fələstini tanıması planını şərh etdi: "Yeganə düzgün yoldur"

Peskov Makronun Fələstini tanıması planını şərh etdi: "Yeganə düzgün yoldur" backend

Rusiya hesab edir ki, Fələstin probleminin həlli üçün yeganə düzgün yol BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişəsi ilə bağlı qətnamələrinə möhkəm sadiqlikdir.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü bildirib.

"Bu halda biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrindən çıxış edirik və hesab edirik ki, müvafiq qətnamələrə sadiqlik regionun düşdüyü çətin vəziyyətdən çıxış yolunun axtarışında yeganə düzgün yoldur", - Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibinin bəyanatı Fransa prezidenti Emmanuel Makronun hələ 2025-ci ilin sentyabrında Fələstin Dövlətinin müstəqilliyini tanımaq planlarını elan etməsi fonunda Rusiyanın hansı mövqe tutacağı sualına cavab olub. Artıq məlumdur ki, ABŞ və İsrail Avropa liderinin bu qərarını pisləyib.

QAZİLER.AZ