Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.

Akorda mətbuat xidmətinin verdiyi məlumata görə, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.

İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.

"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.