Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan XİN Rusiyaya başsağlığı verib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Qaziler.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir.

Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.