Ankara Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə töhfə verə bilər

Ankara Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə töhfə verə bilər backend

Türkiyə Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsinə töhfə verə bilər.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqların açılış nitqi zamanı deyib.

"Türkiyə daha strukturlaşdırılmış metodologiya təqdim etməklə əsirlərin mübadiləsinə töhfə verməyə hazırdır", - XİN rəhbəri aydınlıq gətirib.

Fidan açıqlamasında onu da qeyd edib ki, Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqların son məqsədi atəşkəsə yardım etməkdir.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların 3-cü raundu baş tutub.

QAZİLER.AZ