Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə, həmçinin ABŞ lideri Donald Trampa danışıqlar prosesinin hazırlanmasında göstərdikləri səylərə görə təşəkkür edib.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla məlumat verir.
Əsas danışıqlara başlamazdan əvvəl İstanbulda Rusiya prezidentinin köməkçisi Vladimir Medzinski, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak və Fidan arasında üçtərəfli görüş keçirilib. Türkiyəli nazirin açılış nitqindən sonra nümayəndə heyətləri arasında məsləhətləşmələr bağlı qapılar arxasında davam edib.
“Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçi missiyasını yerinə yetirməyə davam edəcək”, - deyə Fidan bildirib.
Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında dnaışıqların 3-cü raundu baş tutub.
QAZİLER.AZ