İstanbulda Rusiya-Ukrayna danışıqlarının başlama saatı açıqlanıb

İstanbulda Rusiya-Ukrayna danışıqlarının başlama saatı açıqlanıb backend

Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün Bakı vaxtı ilə saat 21:25-də İstanbulda danışıqlara başlayacaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov Çırağan sarayında ikitərəfli görüş keçiriblər.

İyulun 23-də İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında iki ölkə arasında münaqişənin həllinə dair danışıqların üçüncü raundu keçirilir. Moskva nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Kiyev nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edir. Artıq hər iki nümayəndə heyəti görüş yerinə gəlib.

QAZİLER.AZ