Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilib.
Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəlikdə yüksək yer tutub.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir. Səfər çərçivəsində nazirin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.