Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu zamanı memorandum layihələri və humanitar məsələləri müzakirə edə bilər.
Qaziler.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlarda münaqişənin sülh yolu ilə həllinə baxışa dair memorandumlar ətrafında tərəflərin əvvəlki görüşdə etdikləri fikir mübadiləsinin aparılacağı gözlənilir.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyulun 24-25-də İstanbulda baş tuta bilər.
QAZİLER.AZ