İsrail Rusiya-İran əlaqələrindən narahat olduğunu bildirib

İsrail Rusiya-İran əlaqələrindən narahat olduğunu bildirib backend

"Rusiya və İran arasında hərbi əməkdaşlıq İsraili narahat edir, çünki Tehran “dünya nizamının sabitliyini pozan potensial mənbədir”.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bunu Şimal və Cənubun bərpası üzrə nazir, Knessetin deputatı Zeev Elkin deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının hakimiyyət orqanları Yaxın Şərqdə bir çox terror təşkilatlarına dəstək verir.

"Biz hesab edirik ki, İranın hər hansı güclənməsi, bəziləri məhdudlaşdırılsa da dini fanatiklər tərəfindən idarə olunduğu halda, ilk növbədə region üçün çox təhlükəlidir. Və  təkcə region üçün deyil", - Elkin bildirib.

Qeyd edək ki, iyulun 21-də İran İslam Respublikası Müdafiə Nazirliyinin rəhbəri Əziz Nəsirzadə rusiyalı həmkarı Andrey Belousovla danışıqlar aparıb. Bu görüşün mövzusu hərbi sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi olub.

QAZİLER.AZ