Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatın görə, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib və paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.
İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan prezident İlham Əliyev yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını qeyd edib.Söhbət zamanı İSESCO və Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.