"Moskva Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya 50 gün vaxt verən ABŞ prezidenti Donald Trampın bəyanatının arxasında nə olduğunu anlamaq istəyir".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz bu bəyanatın arxasında nəyin dayandığını anlamaq istəyirik. 50 gün... Əvvəllər 24 saat və bir də 100 gün olub", - Rusiya XİN rəhbəri Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya artıq bütün bunlardan keçib və indi həqiqətən Amerika liderinin nəyi rəhbər tutduğunu anlamaq istəyir.
Qeyd edək ki, iyulun 14-də Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib. O qeyd edib ki, Rusiyadan “çox narazıdır” və döyüşlər 50 gün ərzində dayanmasa, ABŞ Rusiya və tərəfdaşlarına qarşı 100% ikinci dərəcəli tariflər tətbiq edəcək.
QAZİLER.AZ