Kreml Amerika lideri Donald Trampın Kiyevə hərbi təchizatla bağlı dediklərini ətraflı təhlil edəcək.
Qaziler.az-ın məlumatına görə, bunu Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Brifinq zamanı o, Trampın açıqlamalarını ciddi adlandırıb.
“ABŞ prezidentinin bəyanatları çox ciddidir. Onlarda nə isə prezident Vladimir Putinə şəxsən ünvanlanıb. Vaşinqtonda deyilənləri təhlil etmək üçün əlbəttə ki, vaxt lazımdır”, - Peskov deyib.
Peskov həmçinin bildirib ki, ABŞ, Şimali Atlantika Alyansı və Avropa İttifaqının Ukraynaya hərbi təchizatla bağlı verdiyi qərar Kiyevdə Moskva ilə silahlı münaqişənin davam etdirilməsi üçün siqnal kimi qəbul edilir.
QAZİLER.AZ