Moskva Kiyevdən danışıqların 3-cü raunduna təklif gözləyir - Peskov

Moskva Kiyevdən danışıqların 3-cü raunduna təklif gözləyir - Peskov backend

Rusiya birbaşa danışıqların üçüncü raundu ilə bağlı Ukraynadan təklifləri gözləməkdə davam edir.

Qaziler.az-ın məlumatına görə, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə verib. O, qeyd edib ki, bu açıqlama ən yüksək səviyyədə deyilib.

“Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə dəfələrlə bəyan etmişik ki, biz birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı ilə bağlı Ukrayna tərəfdən təkliflər gözləyirik”, - Kreml nümayəndəsi bildirib.

O qeyd edib ki, Ukrayna tərəfdən hələlik heç bir təşəbbüs daxil olmayıb. Peskov Moskvanın görüşə hazır olduğunu vurğulayıb.

“Biz görüşə hazırıq”, - Peskov bildirib.

QAZİLER.AZ