Avropa İttifaqı fransız-ukraynalı tərcüməçini Rusiyaya casusluq etməkdə şübhəli bilir

Avropa İttifaqı fransız-ukraynalı tərcüməçini Rusiyaya casusluq etməkdə şübhəli bilir backend

Avropa Komissiyası Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak etdiyi görüşləri gizli şəkildə qeyd etdiyinə görə fransız-ukraynalı tərcüməçinin akkreditasiyasını dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə "qruziya-onlayn" xəbər verir.

Fransanın “Le Monde” nəşrinə görə, Avropa Komissiyasının tərcüməçisi 2024-cü il dekabrın 19-da ABŞ prezidenti Donald Trampın ikinci müddətinin başlamasından əvvəl Aİ liderləri ilə Zelenski arasında keçirilən qapalı görüşdə iştirak edib.

Görüşdə avropalı müttəfiqlər silah alışı və enerji infrastrukturunun qorunması da daxil olmaqla, Ukraynaya dəstəyi davam etdirməyə söz veriblər.

Lakin Le Monde xəbər verir ki, iclasda çex tərcüməçiləri fransız dilindən Ukrayna dilinə tərcümə edən həmkarının iştirakçıların söhbətini lentə aldığını müşahidə ediblər. Nəşrin məlumatına görə, qapalı görüşlərdə tərcüməçilərə söhbətləri yazmaq və ya əl ilə qeydlər götürmək qəti qadağandır.

Hadisə ilə bağlı Brüssel Təhlükəsizlik Xidmətinə məlumat verilib, bundan sonra tərcüməçinin akkreditasiyası dayandırılıb və onun götürdüyü qeydlər müsadirə edilib.

Ardınca Avropa Komissiyası tərcüməçi ilə əməkdaşlığı dayandırıb və daxili araşdırmaya başlayıb və onun nəticələri Belçika hökumətinə verilib. Belçika indi tərcüməçinin Rusiya üçün casusluq fəaliyyətində iştirakı faktının müəyyən edilməsinə cavabdeh olacaq.

Tərcüməçinin adı mətbuatda açıqlanmasa da, "Le Monde" onun rusiyalı ailədə doğulduğunu yazır. Onun tərcüməçi işləyən bir bacısı da var. Onlardan biri Rusiyada doğulub, baxmayaraq ki, hər ikisi bir müddət Ukraynada yaşayıb.

QAZİLER.AZ