Suriyadakı hava əməliyyatları zamanı Türkiyə sərhədini pozan Rusiya bombardmançı təyyarəsinin vurulmasından sonra bu ölkənin ən böyük hava hücumundan müdafiə gəmilərindən biri Aralıq dənizində mövqe tutub.
QAZİLER.AZ RIA Novosti-yə istinadən xəbər verir ki, bundan sonra rus bombardmanlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə qırıcı təyyarələr onları müşayət edəcək. Əgər bombardmançılara hər hansı istiqamətdən atəş açılsa, yerdən və havadan dərhal reaksiya göstəriləcək.Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rudskoy bildirib ki, Qara dəniz donanmasının ən böyük gəmisi və rus donanmasının ən böyük hava hücumundan müdafiə gəmilərindən biri olan “Moskova” Türkiyə və Suriyanın dəniz sərhədində mövqe tutacaq.
Qeyd edək ki, bu gəmidə S-300 komplekslərinə bənzər müasir raket sistemləri var.
Onu da qeyd edək ki, Rusiya Türkiyə ilə bütün hərbi münasibətləri kəsməyə qərar verib.