Şimali Atlantika Alyansı ölkələri Baltik dənizində Rusiya gəmiçiliyinə xələl gətirməyə çalışırlar, çünki Baltikdə NATO ilə Rusiya arasında birbaşa toqquşma riski böyükdür.
Qaziler.az xəbər verir ki, bunu “URA.Ru”ya müsahibəsində MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev deyib.
O, qeyd edib ki, son aylar Estoniya hətta Rusiya bayrağı altında olmayan tankerləri də dayandırmağa cəhd edib.
"Hər kəs anlayır ki, Rusiyanın Sankt-Peterburq və Kalininqrad limanlarının dəniz blokadası aqressiyanın təzahürüdür. Rusiyanın buna cavab vermək hüququ və hətta öhdəliyi var. Nüvə müharibəsi qorxusu NATO ölkələrini Rusiya ilə böyük münaqişədən geri çəkir", - Silayev bildirib.
QAZİLER.AZ