Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.