Ceyhun Bayramov və Pakistanın XİN başçısı İshaq Dar arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Pakistanın XİN başçısı İshaq Dar arasında telefon danışığı baş tutub backend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşü çərçivəsində iki ölkə liderləri arasında görüş zamanı aparılmış müzakirələrdən irəli gələn məsələlər, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə dair həmfikirlik ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.

20:58

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.