İran XİN Trampın Tehranla bağlı yaydığı bəyanatı rədd etdi

İran XİN Trampın Tehranla bağlı yaydığı bəyanatı rədd etdi backend

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ prezidenti Donald Trampın Tehranın amerikalı nümayəndələrlə görüş istəməsi ilə bağlı bəyanatlarını təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

"Amerika tərəfi ilə görüş üçün bizə heç bir müraciət daxil olmayıb", - İran XİN-in açıqlamasında deyilir.

Daha əvvəl Tramp deyib ki, guya İran görüş istəyib və danışıqlar “nəyisə kağız üzərində qoymaqla nəticələnsə, bu, yaxşı olardı”. Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlar gələn həftə (14-20 iyul) baş tutacaq.

QAZİLER.AZ