Trampın Rusiya ilə ittifaqa niyə ehtiyacı var?

Trampın Rusiya ilə ittifaqa niyə ehtiyacı var? backend

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiyanın G8-dən kənarda qalması səhvdir, çünki o, böyük dövlətlə dialoqun zəruriliyini anlayır.

Qaziler.az-ın məlumatına görə, bunu rusiyalı politoloq Vitaliy Tretyakov “NEWS.ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, Amerika prezidentinin məntiqi aydın, anlaşılan və səmimidir.

Donald Tramp bildirib ki, Rusiya bizim dostumuz deyil, bizim doğru hesab etdiyimiz şeylərin çoxunu paylaşmır, amma ondan qaçmaq da olmu. Bu, Avropanızın heç vaxt arzulamadığı nəhəng hərbi potensiala malik böyük qlobal gücdür, - Tretyakov xatırladıb.

O, vurğulayıb ki, Tramp Rusiya ilə danışıqlara hazırdır, çünki Rusiyanın dünya xəritəsindən silinməsini istəyən avropalılardan fərqli olaraq, onun varlığına göz yummaq mümkün deyil. Amerika prezidenti ABŞ-nin gücündən və sərfəli şərtlərlə sövdələşmələr bağlamaq sənətindən istifadə edərək danışıqlarda nəticə əldə etməyə ümid edir.

QAZİLER.AZ