Rio-de-Janeyroda keçirilən BRİCS sammitindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO daxilində ziddiyyətlərin artdığını bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Onun sözlərinə görə, Alyans daxilində “yumşaq üsyan yaranır”, çünki getdikcə daha çox ölkə ideoloji təlimatlara əməl etməkdən imtina edir və öz maraqlarına üstünlük verir. O, eyni zamanda, BRİCS-də daxili birliyin qorunub saxlanıldığını da vurğulayıb.
“Orada fikir ayrılıqları dərinləşir, gəmidə yumşaq üsyan yaranır, çünki getdikcə daha çox ölkə kapitan tərəfindən qoyulan bəzi ideoloji təlimatları deyil, öz milli maraqlarını rəhbər tutmaq istəyir”, - Lavrov yekunlaşdırıb.
Lavrovun fikrincə, birlik daxilində qeyri-səlis düşüncə riski yoxdur, çünki qərarlar bərabərlik, konsensus və bütün iştirakçıların maraqlarına hörmət prinsipləri əsasında qəbul edilir. Nazir qeyd edib ki, qurumun əsl potensialı hələ yenicə üzə çıxmağa başlayır.
QAZİLER.AZ