Ərdoğan sabah Xankəndiyə gələcək

Ərdoğan sabah Xankəndiyə gələcək backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndiyə gələcək.

Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O qeyd edib ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusuda keçiriləcək zirvə toplantısında əsas olaraq iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilatda islahat kimi məsələlər üzrə üzv ölkələr arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

"Ərdoğan zirvə iclasında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək", - deyə F.Altun əlavə edib.

Report.az

Diaspora