Rutte: "Lavrovun ağzından faydalı heç nə çıxmayıb" - VİDEO

Rutte: "Lavrovun ağzından faydalı heç nə çıxmayıb" - VİDEO backend

NATO-nun baş katibi Mark Rutte alyansın mümkün dağılması ilə bağlı bəyanatından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov haqqında “Fox News” telekanalında sərt danışıb.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

"Lavrov - məncə, o İsa Məsihin doğulduğu gündən Rusiyanın xarici işlər naziridir? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə çıxmayıb", - Rutte deyib.

Rutte müsahibəsində jurnalistləri Rusiya xarici işlər nazirinə çox fikir verməməyə çağırıb.

İyunun sonunda Lavrov NATO ölkələrinin hərbi büdcəni artırmaq planlarının bu təşkilatın dağılmasına səbəb olacağı ilə bağlı fikir bildirib.

QAZİLER.AZ

Diaspora