Ukraynalı polislərə qadağan

Ukraynalı polislərə qadağan backend

Ukrayna Daxili İşlər Nazirliyi polislərə Rusiyaya məxsus sosial şəbəkələrdə səhifə açmaq və öz profillərində xidməti informasiyaları müzakirə etmək qadağan olunub. QAZİLER.AZ-ın “liga.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna DİN-in sözçüsü Artyom Şevçenko deyib. Qadağalar “VKontakte” və “Odnoklassniki”yə aiddir və “Facebook”, “Twitter” kimi ABŞ mənşəli sosial şəbəkələrə şamil olunmur.

A. Şevçenko polislərə öz səhifələrində xidməti informasiyaları müzakirə etməyi yasaqladıqlarını da söyləyib.

Məhdudiyyətlər bu günlərdə bəzi ukraynalı polislərin Avromaydan (2014) zamanı sosial şəbəkələrdə hərəkat fəallarına qarşı yazdıqları təhqiramiz yazıların üzə çıxması ilə bağlıdır. Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bu cür yazıları aşkarlanmış polislərin qovulmasını tələb edib.
Diaspora