Zaxarova Azərbaycanda rus məktəblərinin bağlanması ilə bağlı məlumatlara münasibət bildirdi - VİDEO

Zaxarova Azərbaycanda rus məktəblərinin bağlanması ilə bağlı məlumatlara münasibət bildirdi - VİDEO backend

Moskva və Bakı iki ölkə arasındakı münasibətlərə dair yalan məlumatları minimuma endirmək üçün birgə səylərini əlaqələndirmək niyyətindədir.

Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, bunu iyulun 2-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Elm və Təhsil Nazirliyinin respublikada rus dilində tədrisin dayandırılması planları ilə bağlı KİV-də yayılan məlumatları təkzib etməsindən sonra bildirib.

Diplomat qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bəzi media resurslarında guya ölkədə rusdilli məktəblərin bağlanacağına dair yazılar görüb.

"Eyni zamanda, bir müddət sonra dərhal yaranan çoxsaylı sualları nəzərə alaraq, Azərbaycan Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib etdi. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq", - Zaxarova brifinqdə deyib.

O, əlavə edib ki, azərbaycanlı həmkarları bu şayiəni vaxtında təkzib ediblər.

QAZİLER.AZ

Diaspora