Rusiya ümid edir ki, Azərbaycanın “son dərəcə emosional reaksiyası” birbaşa ünsiyyətlə əvəzlənəcək.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıda “Sputnik” və “Ruptly” agentliklərinin əməkdaşlarının saxlanılması ilə bağlı məlumatı şərh edərkən deyib.
“Biz inanırıq ki, bu emosional, son dərəcə emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək, bu zaman qoyulan bütün suallara cavablar veriləcək”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
QAZİLER.AZ