Müəyyən qüvvələr Moskva ilə Bakı arasında nifaq salmağa çalışır - Rusiya XİN nümayəndəsi

Müəyyən qüvvələr Moskva ilə Bakı arasında nifaq salmağa çalışır - Rusiya XİN nümayəndəsi backend

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr var və buna nail olmağa çalışırlar.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib.

Nümunə kimi diplomat ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasına eyhan vurub və  buna görə Bakıda “Rus Evi”nin bağlanmasını göstərib.

Masyuk Qərb ölkələrini Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesindən kənarlaşdırmağa çalışmaqda, tərəfləri “tələsik sülh sazişi” bağlamağa məcbur etməkdə ittiham edib. Rusiya XİN-in nümayəndəsi xatırladıb ki, Rusiya ardıcıl olaraq respublikaların 2020 və 2022-ci illərdəki sazişləri əsasında münasibətlərin tam normallaşmasına yönəlmiş səylərini dəstəkləyir.

Masyuk əlavə edib ki, Rusiya sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və Ermənistanla Azərbaycan arasında sazişin imzalanması üçün öz platformasını təklif edib.

QAZİLER.AZ

Diaspora