Mark Rutte NATO ölkələrini Rusiyaya qarşı sadəlövh olmamağa çağırıb

Mark Rutte NATO ölkələrini Rusiyaya qarşı sadəlövh olmamağa çağırıb backend

NATO-nun baş katibi Mark Rutte alyans ölkələrini Rusiyaya qarşı sadəlövh olmamağa çağırıb.

Qaziler.az xəbər verir ki, bu haqda RBK yazır. O, bunu Şimali Atlantika Alyansının Haaqada keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Rusiya haqqında sadəlövh olmayaq... Avropada açıq mənbələrə və bir çox yüksək rütbəli hərbi rəhbərlərə görə, onlar silahlı qüvvələrini elə sürətlə qururlar ki, üç, beş və ya yeddi ildən sonra hücuma hazır olacaqlar”, - Rutte deyib.

Ruttenin sözlərinə görə, NATO ölkələri Rusiya Federasiyasından gələn təhlükəyə qarşı özlərini müdafiə etməyi bacarmalıdırlar və bu səbəbdən sammitdə müdafiə xərclərinin artırılmasına qərar verilib.

QAZİLER.AZ

Diaspora