Almaniya kansleri Putinlə bağlı sərt açıqlama verib

Almaniya kansleri Putinlə bağlı  sərt açıqlama verib backend

Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı deyib ki, o, Ukraynada sülhün bərqərar olması üçün Rusiyaya təzyiqi artırmaqdan başqa yol görmür, çünki prezident Vladimir Putin guya yalnız güc dilini başa düşür.

Qaziler.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Onun sözlərinə görə, həqiqi və davamlı sülh bütün tərəflərin istəyini tələb edir. İndi belə bir vəziyyət müşahidə olunmur.

"Putin yalnız güc dilini başa düşür. Ona görə də sülhməramlılar indi bizdən bu dildən istifadə etməyi tələb edir", - Merts bildirib.

O, Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini məhz buna görə hazırladığını da vurğulayıb.

QAZİLER.AZ

Diaspora