İran heç kimə hücum etməyib və heç vaxt özünə qarşı təcavüzə yol verməyəcək.
APA xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei “X” hesabında bildirib.
“Biz heç kimə hücum etməmişik və heç kimin təcavüzünə məruz qalmağı qətiyyən qəbul etmirik. Biz heç kimin təcavüzünə boyun əyməyəcəyik. Bu, İran millətinin məntiqidir”, – deyə Xamenei vurğulayıb.