Medinski Ukrayna ilə danışıqlarda ona kömək edən vasitəni açıqlayıb

Medinski Ukrayna ilə danışıqlarda ona kömək edən vasitəni açıqlayıb backend

Rusiya prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski qeyd edib ki, tarixi yaxşı bilməsi ona danışıqlar prosesində kömək edir.

Qaziler.az xəbər verir ki, məmurun müsahibəsi “SolovyovLive” telekanalında yayımlanıb.

"Ümumiyyətlə, yaxşı təhsil kömək edir. Tarixi yaxşı bilmək də kömək edir", - Medinski deyib.

Medinski həm tarixi hadisələrin iştirakçısı, həm də tarixçi rolunda özünü necə hiss edirsən sualına belə cavab verib: “Çox ibrətamizdir... Maraqlıdır”.

Prezidentin köməkçisi vurğulayıb ki, tarix heç vaxt dəqiq şəkildə təkrarlanmır, lakin tarixi qanunauyğunluqları bilmək hadisələrin inkişafını müəyyən ehtimalla proqnozlaşdırmağa imkan verir.

QAZİLER.AZ

Diaspora