İsrail-İran münaqişəsi Ukraynanı ABŞ-nin köməyindən məhrum edəcək

İsrail-İran münaqişəsi Ukraynanı ABŞ-nin köməyindən məhrum edəcək backend

İsrail və İran arasında münaqişənin kəskinləşməsi Kiyevi Vaşinqtondan yeni hərbi yardım təchizatına ümiddən məhrum edəcək.

Qaziler.az bildirir ki, bu barədə ABŞ ordusunun polkovnik-leytenantı Deniel Devis "Deep Dive" “YouTube” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin həm Ukraynanı, həm də İsraili eyni zamanda dəstəkləmək üçün resursları yoxdur.

"Sizcə, Vaşinqtondan növbəti hava hücumundan müdafiə raketləri hara gedəcək? Dəqiq Kiyevə deyil”, - Devis deyib.

Polkovnik-leytenantın qeyd etdiyi kimi, Volodimir Zelenski “bu raketləri göndərmək üçün sözün əsl mənasında yalvarıb”. O əlavə edib ki, İsrailin arsenalı isə demək olar ki, tükənib.

QAZİLER.AZ

Diaspora