Niyə müsəlman dünyası İranın müdafiəsinə qalxmadı?

Niyə müsəlman dünyası İranın müdafiəsinə qalxmadı? backend

“Şiə ölkəsi olan İran ərəb ölkələri və Türkiyənin tarixi düşmənidir və bu, İsraillə İran arasında münaqişənin kəskinləşməsindən sonra bütün müsəlman dünyasının Tehranın müdafiəsinə qalxmamasının səbəbi ola bilər”.

Qaziler.az-ın məlumatına görə, bu fikirlər “Vzqlyad” portalında dərc olunan politoloq Qevorq Mirzayanın məqaləsində yazılıb.

Ekspert qeyd edib ki, əksər müsəlman dövlətləri “ən yaxşı halda İsraili tənqid edir”, baxmayaraq ki, məntiqi olaraq onlar “iman qardaşı”nın müdafiəsinə qalxmalı idilər. Onun şərhinə görə, İran Türkiyə ilə ziddiyyətlərə görə müsəlmanların müdafiəsini itirib

Mirzayan qeyd edib ki, İslam İnqilabından əvvəl Tehran İsraillə yaxınlaşmağa doğru irəliləyib və bu siyasət uğurlu olub. Lakin ayətullahlar başqa yol seçdikləri üçün bu, hazırkı toqquşmaya gətirib çıxardı.

“İranlılar regionda mövqelərini gücləndirmək üçün İsrail faktorundan istifadə etməlidirlər. Ya ərəb düşmənlərinə qarşı İsraillə əməkdaşlıq etməli, ya da ərəb küçəsində tanınmaq və hörmət qazanmaq üçün mümkün qədər sərt şəkildə münaqişə aparmalı idilər. Yəni adi ərəblərə iranlıların milli elitalarından daha düzgün müsəlmanlar olduğunu göstrməli idilər”, - politoloq izah edib.

QAZİLER.AZ

Diaspora