“Ruslar və ukraynalılar bir xalqdır, ona görə də bütün Ukrayna bizimdir”.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SBİF) plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin səsləndirib.
Rusiya lideri köhnə qaydanı da xatırladıb: “rus əsgəri ayağını hara basırsa, ora bizimdir”.
Bundan əlavə, o qeyd edib ki, Ukraynada müstəqillik və suverenlik uğrunda mübarizə aparan çoxlu sayda insan var. Putin vurğulayıb ki, Rusiya heç vaxt bu hüququ şübhə altına almayıb.
Putin həmçinin çıxışı zamanı bildirib ki, Rusiya Federasiyası Ukraynanın təslim olmasına can atmır, “yerdə yaranmış reallıqları tanımaqda israrlıdır”.
Qeyd edək ki, Putin iyunun 20-də SBİF-in plenar iclasında çıxış edib. Çıxış 55 dəqiqə davam edib. Bundan sonra prezident sualları cavablandırıb.
QAZİLER.AZ