Özbəkistan prezidentinin Azərbaycana nə vaxt səfər edəcəyi məlum olub

Özbəkistan prezidentinin Azərbaycana nə vaxt səfər edəcəyi məlum olub backend

Özbəkistan prezidenti Şafkat Mirziyoyevin Azərbaycana səfəri bu ilin iyul ayının əvvəlinə planlaşdırılır.

Trend xəbər verir ki, bu haqda Özbəkistanın İnvestisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən III Azərbaycan – Özbəkistan regionlararası forumunun gedişində bildirib.

“Strateji tərəfdaşlığımız artıq müttəfiqlik xarakteri qazanıb və bu gün inkişafın keyfiyyətcə yeni mərhələsindədir. Bu forumun Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyevin cari ilin iyul ayının əvvəlində Azərbaycana gözlənilən səfəri ərəfəsində keçirilməsi də çox rəmzi məna daşıyır”, – deyə o bildirib.

Kudratovun sözlərinə görə, bu səfər qardaş xalqlar arasında münasibətlər tarixində yeni və həyəcanverici bir səhifə açacaq.

Nazir, həmçinin, vurğulayıb ki, Özbəkistan Azərbaycanda öz mövcudluğunu fəal şəkildə genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, bu gün keçirilən görüş zamanı həm Özbəkistandan Azərbaycana, həm də əks istiqamətdə qarşılıqlı səfər və biznes missiyalarının birgə qrafikinin hazırlanması barədə razılıq əldə olunub.

Məqsəd – bu kimi təmasların davamlı və sistemli xarakter almasını təmin etmək, iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin daha tez-tez görüşməsi və davamlı əməkdaşlıq qurmasıdır.

Diaspora