Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi - İlham Əliyev

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi - İlham Əliyev backend

Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan zəlzələnin ilk günündən Türkiyəyə axtarış-xilasetmə, həkim qrupları göndərib:

"Azərbaycanın göndərdiyi axtarış xilasetmə qrupu 53 nəfəri dağıntılar altından çıxarıb. İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır".

İlham Əliyev vurğulayıb ki, qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin olunub:

"Bu, güclü Türkiyənin təzahürüdür və Rəcəb Tayyib Ərdoğanın xalqına bağlılığının göstəricisidir".

Diaspora